“Səhvlər edirəm, adları qarışdırıram“ - Baydendən ETİRAF 

saytların hazırlanması

Evə çatdırılma

“Səhvlər edirəm, adları qarışdırıram“ - Baydendən ETİRAF 

Dünya

13 İyul 2024 13:54 756


ABŞ Prezidenti Cozef Bayden çıxışlarında tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib, lakin seçki yarışından çəkilməyəcəyini bildirib. 

Yenisabah.az xəbər verir ki, Baydenin etirafı iyulun 12-də Miçiqanda keçirilən mitinqdə səslənib. 

Mitinq Amerikanın aparıcı telekanalları tərəfindən yayımlanıb. pizza hut

“Debatlardan sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Mən çoxlu səhvlər edirəm, bəzən adları qarışdırıram”, -deyə o təsdiqləyib. 

Bayden, həmçinin, şikayətlənib ki, media onun əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

Seçki yarışından çəkilməyəcəyini bildirən Bayden deyib: “Biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən heç yerə getməyəcəyəm”. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayın sonlarında təsdiqləməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!