Şəkidə avtomobil ağaca çırpıldı - Sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə avtomobil ağaca çırpıldı - Sürücü öldü

Hadisə

11 İyun 2022 08:57 896


Şəki şəhərində minik avtomobili yol kənarındakı ağaca çırpılıb. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, şəhərin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!