Şəkidə ər və arvad bir-birini bıçaqladı

Şəkidə ər və arvad bir-birini bıçaqladı

Hadisə

25 Yanvar 2023 22:59 665


Şəkidə bıçaqlanma hadisənin bəzi təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və arvadı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı X.Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cüzi xəsarət yetirib.

Daha sonra isə özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!