Şəkidə silahlı şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə silahlı şəxs saxlanıldı

Kriminal

01 May 2023 09:24 649


Şəkidə üzərində “Makarov” markalı tapança gəzdirən keçmiş məhkum saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovdur.

saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapançadan başqa, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Dominos pizza

Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.  Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!