Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər heyətinin dəyişdiyi elan olunub.
Prosesdə sabiq nazir Səlim Müslümov özü də iştirak edib. Pepperoni pizza
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkillərdən biri iclasda iştirak etmədiyi üçün prosesin təxirə salınması barədə vəsatət qaldırılıb.
Məhkəmə vəsatəti təmin edib.
Məhkəmə prosesi avqustun 16-dək təxirə salınıb.
Telegram kanalımız