MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasının yekunu olaraq 17 sənəd qəbul edilib.
Yenisabah.az xəbər verir ki, siyahı Kremlin saytında dərc olunub.
Sənədlər toplusuna Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş də daxildir. pizza sifarişi
Bundan başqa, siyahıya 2024-cü ildə MDB-yə sədrlik (bu vəzifə Qırğızıstandan Rusiyaya keçəcək), növbəti iclasın keçirilməsi (2024-cü il oktyabrın 8-də Moskvada nəzərdə tutulub), habelə Səmərqəndin MDB-nin mədəni paytaxtı elan edilməsi barədə qərarlar da yer alıb.
Digər məsələlərlə yanaşı, sammit çərçivəsində Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Risklərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin və MDB ölkələrinin məhkəmə ekspertizası fəaliyyəti sahəsində Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bundan əlavə, Cinayətkarlıqla Mübarizə üzrə 2024-2028-ci illər üçün Dövlətlərarası Birgə Tədbirlər Proqramı qəbul edilib.
Telegram kanalımız