Şəmkirdə 37 yaşlı kişi qonşusu olan qadını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 37 yaşlı kişi qonşusu olan qadını öldürdü

Kriminal

09 Aprel 2023 17:33 999


Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb etməsi, ona olan borcunu ödədikdən sonra aralarında yaranmış mübahisənin gedişində evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza mizza

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!