Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

Kriminal

28 Aprel 2023 11:57 759


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 1500 manata satmaqda şübhəli bilinən, rayon sakini Malik Sadıqov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 23 ədəd 7.62 mm-lik patron aşkar edilib. B. Sadıqov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib. 

Bundan başqa Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Seymur Hacıyev də saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.  Toyuqlu pizza

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!