Şəmkirdə mal-qara oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə mal-qara oğrusu tutuldu

Kriminal

12 Aprel 2023 11:37 816


Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, araşdırmalarla rayon sakini Qoşqar Hüseynovun cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki fermadan 10  baş xırda buynuzlu heyvan, fərdi yaşayış evlərindən elektriklə məişət və inşaat avadanlıqları, naqil, geyim dəsti və digər əşyaları oğurlayaraq satması məlum olub.

Bundan başqa, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbiri nəticəsində Q. Hüseynovun yaşadığı evdən 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Sezar pizza

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!