Şəmkirdə narkokuryerlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə narkokuryerlər saxlanıldı

Kriminal

25 Aprel 2023 11:04 723


Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Turab Həsənov saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T. Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini  Mikayıl Zamanov saxlanılıb. Üzərindən müxtəlof bükümlərdə heroin və marixuana aşkar edilən M. Zamanovun  yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Marqarita pizza

Dindirilmə zamanı M. Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!