Şəmkirdə silsilə oğurluq edən şəxslər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılanlar rayonun Kür qəsəbəsindəki fərdi yaşayış evləri və avtomobilləri yarıb.
Bədəməllər rayon sakinləri Şəhriyar Muradov, qardaşı Cəsarət Muradov, İmamqulu Məmmədov, Rəsul Məmmədov, Musaməddin Namazov, Sənan Məmmədli və Ruslan İsmayılovdur. Dördpendirli pizza
Onlar oğurladıqları müxtəlif əşyaları sataraq pulu öz aralarında bölüblər.
Hazırda dəstənin digər üzvü Sənan Məmmədlinin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirlir.
Telegram kanalımız