Şəmkirdə yasda dava düşdü - 1 nəfər bıçaqlandı

Şəmkirdə yasda dava düşdü - 1 nəfər bıçaqlandı

Hadisə

26 Yanvar 2023 13:36 458


Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!