Senat: “Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağırırıq“

saytların hazırlanması

Evə çatdırılma

Senat: “Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağırırıq“

Dünya

28 İyul 2022 16:17 1118


ABŞ Senatı Dövlət Departamentində Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı müharibələrə görə Rusiyanı terrorçuluğa sponsorluq edən dövlət olaraq tanımağa çağıran qətnamə qəbul edib. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Konqresinin saytı yayıb.

Bildirilib ki, sənəddə Rusiya hakimiyyəti terror kampaniyası aparmaqda, ikinci Çeçenistan müharibəsində mülki vətəndaşlara qarşı güc tətbiq etməkdə, Suriyaya havadan zərbə endirməkdə, 2014-cü ildən Ukraynanın Donbas bölgəsində separatçılığı dəstəkləməkdə ittiham olunur. pizza mizza

“ABŞ Senatı Vladimir Putinin (Rusiya Prezidentini nəzərdə tutur - red.) tapşırığı əsasında Rusiya hakimiyyətinin atdığı addımları terror aktlarına sponsorluq olaraq dəyərləndirir”, - sənəddə vurğulanıb.

Qətnamədə Senatın ABŞ dövlət katibinə Rusiya Federasiyasını terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyə çağırışı da yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!