Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? - AÇIQLAMA

Sosial

18 Dekabr 2024 16:33 247


"Düşünürəm ki, ilin sonu və ya növbəti ilin əvvəlində bu istiqamətdə qərar qəbul olunacaq".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərin sənədləşdirilməsi məsələsindən danışarkən deyib.

O bildirib ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin uzun illərdən bəri fərdi yaşayış evləri ilə bağlı yığılıb qalmış problemin həlli istiqamətində çox ciddi təsiri olacaq: pizza sifarişi

"Bura vətəndaşın qeydiyyatı, əhalinin müəyyən istiqamətlər üzrə hüquqlarının təminatı və s. aiddir. Eyni zamanda, bələdiyyə vergilərinin, mənzil alıq-satqısının rəsmiləşdirilməsi zamanı əqdlərin aparılmasına görə ödənilən rüsumlar, vergilər və s. məsələləri qeyd edə bilərik. Bunun bir çox müsbət tərəfləri olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!