Şənliyə onsuz getdiyi üçün sevgilisini GÜLLƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Şənliyə onsuz getdiyi üçün sevgilisini GÜLLƏLƏDİ

Kriminal

16 Avqust 2023 16:54 1327


ABŞ-da 17 yaşlı qız məclisə sevgilisi olmadan getdiyi üçün gülllənib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Utah ştatında baş verib. Belə ki, avqustun 6-da 18 yaşlı gənc sevgilisinin onun hisslərinə məhəl qoymadan planlar qurduğunu öyrəndiyi zaman onu güllələyib. Qıza onsuz harasa getsə problemlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Gənc oğlan sevgilisinin arxasınca gedib və ondan evə qayıtmasını tələb edib. O, tələblərinə əməl etmədiyi təqdirdə onu incidəcəyini və hamının gözü qarşısında döyəcəyini bildirib. Bu zaman qız rəfiqəsinin avtomobilinin arxa oturacağında oturub. Oğlan qızın ayağından atəş açıb. Yaralı qız dostlarının köməyi ilə yerli xəstəxanaya aparılıb və təcili omba nahiyəsindən əməliyyat olunub pizza hut

Avqustun 15-də o, odlu silahdan istifadə edərək sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Atəş açan şəxs girov olmadan Solt Leyk Siti həbsxanasına göndərilib.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə münasibətdə olduğu müddətdə zorakılıqdan əziyyət çəkib. O, sevgilisinin onunla öz malı kimi davrandığını, dəfələrlə fiziki, əqli və emosional zorakılıq tətbiq etdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!