“Sepah“ generalının həbsi doğrudurmu?

saytların hazırlanması

Evə çatdırılma

“Sepah“ generalının həbsi doğrudurmu?

Dünya

02 İyul 2022 08:49 737


"Sepah" generalı Əli Nasiri həbsi ilə əlaqədar məlumatları təkzib edib.

Yenisabah.az xəbər verir ki, belə bir iddia ilə “The New York Times” qəzeti çıxış edib.

Xatırladaq ki, bir müddət əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat Xidmətnin rəhbəri Hüseyn Taeb istefaya göndərilib. ABŞ nəşri onunla birlikdə Əli Nasirinin də İsrailə casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu iddia edib. Dominos pizza

“The New York Times” qəzetinin adının çəkilməsini istəməyən yüksək rütbəli iranlı məmura istinadla yazdığı bu məlumatı Əli Nasirinin özü təkzib edib:

"Bildiyiniz kimi, artıq bir neçə gündür, demək olar ki, 2 həftədir ki, mənimlə bağlı şayiələr dolaşır. 30 ildir ki, "Sepah"ın xidmətindəyəm və xidmətimi bu gün də davam etdirirəm".

Qeyd edək ki, bir neçə il əvvəl rusiyalı jurnalist Yuliya Yuzik də eyni iddialı informasiya yaymış və İrana səfəri zamanı həbs olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!