SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı

Siyasət

08 Aprel 2024 08:14 3693


SEPAH-a bağlı Teleqram kanalı (rus dilində) Təl-Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib.

“Yeni Sabah” musavat.com-a istinadən xəbər verir ki, bu kanal Azərbaycana özünün radikal münasibəti ilə fərqlənir.

"Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır", - deyə bildirilib. Dominos pizza

Göründüyü kimi, İran silahlı qüvvələrinin ən böyük qoşunu - ali dini liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq-aydın şəkildə ölkəmizin paytaxtını bombalamağa çağırır. Bütün bunların səbəbi isə Ermənistanın işğalına son verərərək, Qarabağın (müsəlman torpaqlarının) azad olunması, "xaçlı klubun" Güney Qafqazdakı ordusunu (artsax) bitirməmiz, düşmənin üzərində möhtəşəm zəfər qazanmamızdır. Bütün erməni təəssübkeşləri kimi, İran da bu gəlişmədən rahatsızdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!