Separatçılar Moskvanın nəzarətinə keçib?

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar Moskvanın nəzarətinə keçib?

Siyasət

14 Dekabr 2020 11:41 1339


Bir neçə gündür ki, Qarabağdakı gərginlik Azərbaycanın siyasi gündəminin əsas müzakirə mövzusudur. 

Yenisabah.az xatırladır ki, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Rəsmi Bakı buna qarşılıq olaraq əməliyyat keçirərək terroçuları zərərsizləşdirib. Hazırda həmin kəndlər Azərbaycanın nəzarətindədir.

Lakin oxşar halın yenidən təkrarlanmayacağına zəmanət yoxdur. Bölgədə atəşkəs rejiminə nəzarət etməli olan Rusiya sülhməramlı kontigentinin ermənilərin terror aktlarının qarşısını almağa həvəsli olmadığı görünür. pizza mizza

Biz hələ ötən yazımızda məlumat vermişdik ki, Qarabağdakı separatçı rejim hibrid və assimetrik müharibəyə hazırlaşır. Bölgədə hələ də erməni yaraqlılarının qalması, separatçı rejim rəhbəri Araik Arutyunyanın vaxtaşırı onlarla görüşləri yaxın vaxtlarda ermənilərin məkrli niyyətlərini həyata keçirməyə başlayacaqlarını göstərirdi.

Maraqlıdır ki, seprataçıların terror aktları Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın vacib olması barədə fikirlərinin fonunda baş verir. Bəzi siyasi analitiklər hesab edir ki, artıq separatçı rejimlə rəsmi İrəvan arasındakı bağ qırılıb. Bu ərəfədə “Dağlıq Qarabağ Respublikası” “prezidenti” Araik Arutyunyanla keçmiş “deputat” Ruslan İsraelyanla telefon danışığının yayılması təsadüfi sayılmır. Həmin telefon danışığında Arutyunyan İrəvandan şikayətlənir. Onlardan kömək istəməsinə baxmayaraq 10 gündür ki, heç bir cavab ala bilmədiyini deyir. Bununla da Paşinyan hakimiyyətinin separatçı rejimi döyüş meydanında tək qoyduğuna eyham edir.

Analitiklər hesab edir ki, indi separatçı rejim rəsmi İrəvandan daha çox Rusiyaya bağlıdır. Bu, Rusiya sülhməramlılarının separatçı rejimlə isti münasibətlərindən də görünür.

Ümumiyyətlə, Ermənistanda Qarabağ klanının Moskvaya bağlı olması sirr deyil. Bu gün Nikol Paşinyanı xəyanətdə ittiham edən də əsasən bu klan ətrafında birləşən siyasi qüvvələrdir.

Başqa bir mülahizəyə görə isə Qarabağda yaranmış gərginlik rəsmi İrəvanın təhriki ilə baş verə bilər. Paşinyanın bununla diqqəti ölkədaxili problemlərdən yayındırmaq məqsədi güdə bilər. Lakin bu versiya bir qədər inandırıcı görünmür. Çünki baş verənlər Paşinyanın maraqlarına uyğun deyil. Hər halda Qarabağda bir dəfə ağır məğlubiyyətə uğrayan Paşinyan növbəti məğlubiyyəti dadmaq istəməz.   

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!