Serbiya prezidentinə qarşı hazırlanan sui-qəsd planı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Serbiya prezidentinə qarşı hazırlanan sui-qəsd planı açıqlandı

Dünya

22 Yanvar 2022 00:41 722


Monteneqrodan olan narkotik klanlarından birinin lideri Serbiya prezidenti Aleksandr Vuçiçə sui-qəsd etmək üçün cinayətkar qrup təşkil edib.

Yenisabah.az xəbər verir ki, bunu Serbiya daxili işlər naziri Aleksandr Vulin bildirib.

Vulin qeyd edib ki, nazirliyə yanvarın 14-də beynəlxalq cinayətkar qrup tərəfindən ölkə prezidentinə qarşı sui-qəsdin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. Dördpendirli pizza

“Daxil olan məlumatdan sonra Təhlükəsizlik və İnformasiya Agentliyi (TİA - Serbiyanın əks-kəşfiyyat strukturu) və polis cinayətkar qrupun üzvlərini müəyyən edib. Məlum olub ki, mütəşəkkil cinayətkar qrupa Monteneqrodan olan “Kavaç klanı”nın başçısı, əvvəllər Serbiya hakimiyyəti tərəfindən axtarışa verilmiş Radoe Zvitser rəhbərlik edir”, - deyə nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!