Serbiyada prezident, parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Yenisabah.az xəbər verir ki, Serbiyada növbədənkənar prezident seçkiləri, Assambleyanın 250 deputatının (birpalatalı parlament) növbədənkənar seçkiləri, həmçinin Belqrad, Bor şəhərlərində və onlarla başqa bələdiyyələrdə yerli hakimiyyət orqanlarına nümayəndələr seçilir.
6,5 milyondan çox vətəndaşın səsvermə hüququ var. pizza hut
Serbiya Seçki Komissiyası Assambleyada 250 yer uğrunda mübarizə aparan 19 siyasi partiya və koalisiya blokunu qeydə alıb. Onlar parlamentin yeni çağırışına daxil olmaq üçün 3 faizlik səs baryerini keçməlidirlər. Bir və ya bir neçə seçki blokunun dəstəklədiyi prezidentliyə səkkiz namizəd mübarizə aparır.
Telegram kanalımız