Müstəqil Dövlətlər Birliyindəki (MDB) tərəfdaşlar Cənubi Qafqazda sülhün tam bərpasında maraqlıdırlar.
Yenisabah.az xəbər verir ki, bunu MDB-nin baş katibi, təşkilatın müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev deyib.
“Düzünü desəm, biz sizin qonşularıq, MDB üzrə tərəfdaşlarımız da Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, gələcək mütərəqqi inkişaf üçün şəraitin yaradılmasında son dərəcə maraqlıdırlar. Bu səylərdə təkcə Rusiya Federasiyası deyil, həm də qonşu dövlətlər - Gürcüstan, İran, Türkiyə də fəal iştirak edir. Dördpendirli pizza
Biz ürəkdən arzu edirik ki, Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpası üçün bu kollektiv səylər müvəffəqiyyətlə və tez bir zamanda taclansın”.
Telegram kanalımız