Sergey Markov: Son təxribatın təşəbbüskarı Fransa kəşfiyyatıdır

saytların hazırlanması

Evə çatdırılma

Sergey Markov: Son təxribatın təşəbbüskarı Fransa kəşfiyyatıdır

Siyasət

13 Fevral 2024 15:16 416


Rusiyalı analitik, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiyanın Fransa tərəfindən təşkil olunduğunu bildirib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, politoloq Bakı və İrəvanın sülh müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda baş verənlərin sual doğurduğunu söyləyib.

"Niyə? Axı hər iki tərəf sülh müqaviləsi imzalamaq istəyir. Mümkündür ki, suala cavab hadisə yerindədir. Çünki Ermənistan ordusu Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Mümkündür ki, bunun təşəbbüskarı Fransa kəşfiyyatıdır. Çünki Makron Rusiyanı bu mövqedən itələyib çıxarıb, Ermənistanın əsas hərbi müttəfiqi olmaq istəyir. Ona görə də, Fransa, Aİ və NATO Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlardan əsas benefisiarlarıdır", - deyə Markov vurğulayıb. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!