İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Fevralın 14-də saat 23:05-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DİN-lə birgə keçirilmiş əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. pizza hut
Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Əbdülnasir Nurzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Sadıq Alıkişiyev saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız