Sərhəddə əməliyyat - Gürcüstandan gələn iki nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə əməliyyat - Gürcüstandan gələn iki nəfər tutuldu

Hadisə

12 Yanvar 2023 12:09 662


Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. 

Bu barədə Yenisabah.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib. Dördpendirli pizza

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!