Sərhəddə insident: Əsgərlərimiz silaha əl atdı

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə insident: Əsgərlərimiz silaha əl atdı

Hadisə

29 Avqust 2022 12:00 1053


Avqust ayının 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb. Toyuqlu pizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!