Noyabrın 21-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında Pakistan vətəndaşı, 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad saxlanılıb.
Yenisabah.az xəbər verir ki, o, Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərib.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Pepperoni pizza
Telegram kanalımız