Fevralın 13-də Azərbaycan-Ermənistan şərti sərhədinin Zəngilan istiqamətində törədilmiş təxribatla bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi analitiklər bu təxribatın arxasında birbaşa Rusiyanın barmağının olduğunu iddia edirlər.
Bu qənaətdə olanların fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan ordu və digər güc strukturlarına yetərincə nəzarət edə bilmədiyi üçün düşmən ölkədə fəaliyyət göstərən Rusiyameylli zabitlər bu cür təxribatlara əl atırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a politoloq Zərdüşt Əlizadə danışıb. O, Ermənistan müxalifətinin bütünlükdə Rusiyameyilli olduğunu vurğulayıb: Pepperoni pizza
“Hazırda Ermənistan müxalifəti, yəni keçmiş “Qarabağ mafiyası” Rusiyameyillidir. Onlar Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsini istəyirlər. Bu da bilavasitə Rusiyanın mənafeyinə uyğundur. Çünki Rusiya üçün davamlı münaqişə vəziyyətində müxtəlif vasitələrlə həm Azərbaycana, həm də Ermənistana təsir göstərmək daha əlverişlidir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması Rusiyaya qətiyyən sərf etmir. Bu səbəbdən Kreml Ermənistandakı tör-töküntülərindən istifadə edərək sülh prosesinin qarşısını almağa və vəziyyəti daha da gərginləşdirməyə çalışır. Azərbaycan da, Paşinyan hökuməti də bunu yaxşı başa düşür. Təsadüf deyil ki, bu Ermənistanın baş qərargah rəisinin müavini işdən çıxarıldı. Bundan sonra da ordu üzərindəki nəzarəti gücləndirmək üçün rusmeyilli hərbi vəzifəlilərin təmizlənməsinə davam ediləcək”.
Politoloq Rusiyanın heç bir halda Ermənistanı cəzalandırmaq üçün Azərbaycandan istifadə edə bilməyəcəyini qeyd edib:
“Azərbaycan qətiyyən imkan verməz ki, Rusiya bizim vasitəmizlə Ermənistanı cəzalandırsın. Bunun üçün Rusiyanın aləti olmaq lazımdır. Azərbaycan isə qətiyyən Rusiyanın aləti, təsir vasitəsi deyil”.
Nazim Hacıyev
Telegram kanalımız