Sərhədin delimitasiyası üçün iki variant var - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

Sərhədin delimitasiyası üçün iki variant var - Paşinyan 

Siyasət

15 Fevral 2024 12:56 509


"Azərbaycanla sərhədin delimitasiyası üçün iki variant var". 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

O, birinci varinatı açıqlayıb: "Sərhədin bütün uzunluğu və biz onu həyata keçirməyə başlayırıq".  Toyuqlu pizza

"İkinci variant odur ki, biz sərhədi parçalara ayırırıq və hissə-hissə irəliləyirik. Hətta razılaşırıq ki, bölgə-bölgə demarkasiya aparılsın, hər bir bölgədə sərhədi təkrar müəyyən edək, sonra isə anklav məsələsini son mərhələyə buraxaraq qoşunların yerləşdiyi yerləri dəqiqləşdirək", - Paşinyan ikinci variantı izah edib.

Onun sözlərinə görə, Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz sərhədlərindən kənarda heç bir niyyəti yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!