Sərhəddə vəziyyət yenidən gərginləşdi

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə vəziyyət yenidən gərginləşdi

Dünya

28 Yanvar 2022 10:13 925


Ötən gün Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

Yenisabah.az xəbər verir ki, Qırğızıstan hökuməti Ak-Say və Ak-Tatır kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanları təhlükəsiz zonaya təxliyə edir.

Qırğızıstan kanalları tərəfindən paylaşılan videolara görə, Tacikistan Silahlı Qüvvələri Qırğızıstanla sərhədə zirehli texnika daşıyır. pizza

Tacikistan ordusunun münaqişə yaşanan bölgəyə T-72 tankları dislokasiya etməyə başlaması barədə məlumatlar verilir.

Hadisələrin gərginləşdiyi bu məqamda KTMT baş katibi Stanislav Zas iki ölkə arasındakı gərginliyin yatırılması üçün təklif edib.

“KTMT konfliktin həlli üçün Qırğızıstan və Tacikistana yardım göstərməyə hazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Özbəkistan və Qırğızısıstan sərhədlərin delimitasiya və demarkasiyası prosesini yekunlaşdırsalar da, Tacikistan və Qırğızıstan arasında sərhəd problemi davam etməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!