Sərhədyanı ərazilər boşaldılır: Nə baş verir? 

saytların hazırlanması

Evə çatdırılma

Sərhədyanı ərazilər boşaldılır: Nə baş verir? 

Siyasət

06 Fevral 2024 16:36 38104


“Ermənistanın Azərbaycanla sərhədyanı ərazilər, demək olar ki, boşaldılır”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib. 

Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib:  Dominos pizza

“Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər – red.) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”. 

Tovmasyan məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asim
    Salam,Var olsun Ali Baş Komandan ,var olsun ordumuz,igid qorxmaz esgerlerimiz,Allah qazilerimizi qorusun,şehidlere Rehmet Etsin
    2 years ago