Sərt karantin hansı nəticələri verəcək?

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin hansı nəticələri verəcək?

Sosial

09 Dekabr 2020 08:26 490


COVİD-19-a yoluxma sayında müşahidə edilən artım tempi karantin rejiminin sərtləşdirilməsini zəruri edirdi.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib. Onun sözlərinə görə, COVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edirdi.

Y.Abdiyeva əlavə edib ki, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 4000-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır. pizza

Sərt karantin tədbirlərinin yalnız Azərbaycanda deyil, bir çox dünya ölkələrində tətbiq edildiyini nəzərə çatdıran Y.Abdiyeva hesab edir ki, bir çox rayon və şəhərlərdə hərəkətə məhdudiyyətin qoyulması nəticəsində yoluxma sayının azalması mümkün ola bilər:

"Ümid etmək olar ki, sərt karantinin tətbiq ediləcəyi iki həftə ərzində insanların bir-biri ilə təması azalacaq və bu da sonda yoluxma sayının azalmasına səbəb olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!