Sərt karantin rejimi uzadılacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin rejimi uzadılacaq? - Video

Sosial

06 Yanvar 2021 23:54 1102


"Sərtləşdirilmiş karantin rejiminin müddəti 18 yanvardan sonra uzadılmaya bilər".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev ''Xəzər Xəbər''ə açıqlamasında deyib. Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.

Millət vəkili bildirib ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər. pizza

Musa Quliyev könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin

Deputat hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!