Sərxoş oğuldan anasına qarşı tükürpədən hərəkət

saytların hazırlanması

Evə çatdırılma

Sərxoş oğuldan anasına qarşı tükürpədən hərəkət

Kriminal

28 Dekabr 2023 09:01 1885


Ötən gün saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Quba rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Sezar pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!