Bakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilib.
Yenisabah.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində baş verib.
Orta məktəblərdən birinin müəllimi, 1985-ci il təvəllüdlü Arzu Ağayeva (ad və soyad şərtidir) 102 xidmətinə etdiyi müraciətlə bağlı şöbəyə dəvət edilib. O, idarə etdiyi "Mazda" markalı avtomobillə sərxoş halda şöbəyə gedib və burada polislə arasında narazılıq baş verib. pizza sifarişi
Nəticədə şöbəni tərk etməyə qərar verən A.Ağayeva içkili halda həyətdəki maşını idarə edərək uzaqlaşmağa çalışıb. Bu zaman o, maşını şöbənin pilləkəninə vuraraq oranı dağıdıb. İdarənin həyətindən maşınla çıxan A.Ağayevanı Binəqədi DYP-nin əməkdaşları saxlayaraq geri qaytarıblar və o, alkotestdən keçirilərək sərxoşluğu rəsmiləşdirilib.
Daha sonra polis əməkdaşları 37 yaşlı müəllim barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) və 511-ci (xırda quliqanlıq) maddələri ilə protokol tərtib edərək onu məhkəməyə göndəriblər.
Binəqədi Rayon Məhkəməsi A.Ağayevanın əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından həmin maddəyə xitam verib. A.Ağayeva 510-cu maddə üzrə təqsirli bilinərək ona 50 manat inzibati cərimə təyin edilib.
Telegram kanalımız