Səs-küylü modelin Bakıdan videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Səs-küylü modelin Bakıdan videosu yayıldı

Şou

27 Aprel 2023 14:52 1546


"Miss Xorvatiya 2016" titulunun qalibi İvana Knoll Bakıya gəlib. 

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki,model əvvəlcə təyyarədən, daha sonra isə Heydər Əliyev adına Hava Limanında videolar yayımlayıb. 

 İvananın səfərinin məqsədi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisini izləməkdir.  . Sezar pizza

Knoll türk mətbəxinin məşhur şirniyyatlarından olan paxlavanın görüntüsünü yayımlayaraq "Nəhayət, pəhrizə başlamağa qərar verdiyim ilk gün. Sevdiyim şirniyyatlar. Salam "tulumba" və "paxlava", uzun zamandır bu şirniyyatları görmürdüm" sözlərini yazıb.

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!