Səslər yenidən sayıldı, bu dəfə AKP qalib gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Səslər yenidən sayıldı, bu dəfə AKP qalib gəldi 

Siyasət

04 Aprel 2024 13:03 808


Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində Yenidən Rifah Partiyası (YRP) namizədinin qalib gəldiyi Bitlis vilayətinin Güroymak rayonunda hakim partiyanın etirazından sonra seçki komissiyası səslərin yenidən sayılmasına qərar verib. 

Modern.az TRT-yə istinadən xəbər verir ki, buna səbəb YRP namizədinin cəmi 2 səs fərqi ilə qələbə çalması olub. 

Belə ki, seçki nəticələrinə görə, AKP namizədi Eşref Mutlu 4 290, YRP namizədi Emrullah Yıldırım 4 292 toplamışdı. Üçüncü sıradakı DEM Partiya namizədi Mehmet Şirin Üncü isə 4 206 səs yığmışdı.  Marqarita pizza

Etirazlardan sonra seçki komissiyası 14 107 seçicinin səs verdiyi 62 seçki məntəqəsində səslərin yenidən sayılmasına qərar verib. 

Hesablama nəticəsində AKP namizədi Mutlunun səsi 13 vahid artaraq 4 313, YRP namizədi Yıldırımın səsi 5 vahid artaraq 4 min 297, DEM Partiya namizədi Üncünün səsi isə 15 vahid artaraq 4 221 olub. 

Bu nəticələrə görə, AKP-nin Güroymak bələdiyyəsinin sədrliyinə namizədi Eşref Mutlu qalib olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!