Səsli-küylü toyu olan şəxs bu məşhurun yaxın qohumu çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Səsli-küylü toyu olan şəxs bu məşhurun yaxın qohumu çıxdı

Şou

17 Noyabr 2022 13:32 1940


İki gün əvvəl Bakının ən bahalı məkanlarından birində toyu olan "Yeni Ulduz-11" müsabiqəsindən yaxşı tanınan gənc müğənni Anar Məmmədovun toyunun səs-sorağı hələ də gəlməkdə davam edir.

Toy görüntülərində az qala hər kadrda gənc müğənninin yanında məşhur gitara ustası Rəhman Məmmədlini görmək mümkün olduğundan, bu tandem haqlı suallara səbəb olmağa başladı.

Milli.Az toydakı fəallığını nəzərə alıb, məşhur musiqiçinin Anarla hər hansı bir qohumluq əlaqəsinin olub olmadığını öyrənmək üçün gənc müğənninin özü ilə əlaqə saxlayıb. pizza hut

Məlum olub ki, Rəhman Məmmədli Anarın doğma əmisidir.

Qeyd edək ki, 10 il əvvəl (2012-ci ildə) Milli.Az-a müsahibə verən Anar, ona ünvanlanan "Gələcəkdə ailə qursanız sənətdə olan xanımlardan seçərdiniz, yoxsa sənətdən tamam uzaq bir insanla ailə həyatı qurardınız?" sualına "Həyatdır, hər şey ola bilər. Bəlkə sənətdən, bəlkə də tam başqa bir sahədən. İnşallah, zaman göstərəcək", - cavabı ilə yadda qalmışdı. 

Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!