Bu gün Bakıda baş verən intiharla bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən Elnur Musayev Zaqataladandır.
İlkin məlumata görə, E.Musayev sevdiyi qızdan ayrıldığı üçün canına qəsd edib. Marqarita pizza
O, intihar etməzdən öncə yazdığı məktubunda da bunu qeyd edib.
Mərhumun meyiti bu gün Zaqatalaya aparılaraq Göyəm kəndində dəfn edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. 23 yaşlı Musayev Elnur İlham oğlu yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.

Telegram kanalımız