Səyavuş Məmmədzadə vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Səyavuş Məmmədzadə vəfat etdi

Hadisə

03 Sentyabr 2022 21:38 1216


Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı feysbukda paylaşım edib.

Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib. pizza mizza

Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979–1981) olub, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilib.

2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!