Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən "Shaurma N-1" restoranında kütləvi dava olub.
Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb.
Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H. Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y. Kutlu xəsarətlər alıb. pizza hut
Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Telegram kanalımız