59 yaşlı britaniyalı milyarder, "Autonomy Corporation"ın həmtəsisçisi və "Invoke Capital"ın yaradıcısı Maykl Linç və qızı Hanna Linçin cəsədi İtaliya sahillərində qəzaya uğramış yaxtanın içərisindən tapılıb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Siciliya mülki müdafiə xidmətinin rəhbəri Salvatore Koçinuya istinadən nəşr bildirib ki, Maykl Linç və qızı Hanna Siciliya sahillərində baş verən yaxta qəzasında həlak olublar.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, dalğıclar 49 metr dərinliyə batan yaxtadan dörd nəfərin cəsədini çıxarıblar. Ölənlərin kimliyi əvvəlcə açıqlanmayıb. Hazırda yaxtanın daha iki sərnişini itkin düşənlər siyahısındadır. Toyuqlu pizza
Telegram kanalımız