Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin gələcəkdə “yeni Koreya müharibəsi”nə səbəb ola biləcəyini açıqlayıb.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, müvafiq bəyanat iyulun 26-da iki Koreya dövləti arasında atəşkəs sazişinin imzalanmasının 69-cu ildönümü ərəfəsində verilib.
"ABŞ və Cənubi Koreyanın keçirdiyi müxtəlif hərbi təlimləri nəticəsində müharibə təcrübələrinin nə vaxt ikinci Koreya müharibəsinə çevriləcəyini heç kim proqnozlaşdıra bilməz", - nazirliyin bəyanatında deyilir. Sezar pizza
Şimali Koreya XİN-in bəyanatında həmçinin bildirilir ki, ABŞ və müttəfiqlərinin birgə hərbi təlimləri təhlükəsizliyi təhdid edir və Koreya yarımadasında vəziyyətin gərginləşməsinin əsas amillərindən biridir, halbuki regionda sülhün təmin edilməsinə Amerika hərbi kontingenti orada olduğu müddətcə zəmanət verilə bilməz.
Xatırladaq ki, bir neçə gün əvvəl Cənubi Koreyada ABŞ Hərbi Hava Qüvvələri ilə birgə hərbi təlimlər keçirilib və bu təlimlərdə F-35 qırıcılarından da istifadə olunub.
Telegram kanalımız