Şimali Koreyada artıq ikinci gündür ki, 500-dən az qızdırma (koronavirus) halı aşkar edilib.
Yenisabah.az "Yonhap"a istinadla xəbər verir ki, son 24 saatda 430-dan çox insanda bu xəstəlik aşkarlanıb.
Yoluxmuşların ümumi sayı 4,77 milyonu ötüb, onlardan 99,98%-i sağalıb. Hazırda ən azı 870 nəfərin müalicəsi davam etdirilir. pizza hut
Şimali Koreya son vaxtlar yeni təsdiqlənmiş ölüm faktı barədə məlumat verməyib.
KXDR-də gündə ən çox yoluxma mayın 15-də qeydə alınıb. Həmin gün 392 920 nəfərdə xəstəlik aşkarlanıb.
Telegram kanalımız