Şirkət rəhbəri vətəndaşları necə aldadıb?

saytların hazırlanması

Evə çatdırılma

Şirkət rəhbəri vətəndaşları necə aldadıb?

Kriminal

12 Mart 2025 17:47 458


Baku TV-yə müraciət edən şəxslər təhsil şirkətlərindən birinin rəhbəri Firudin Cavadov tərəfindən Türkiyədə qiyabi təhsil adı ilə aldadıldığını deyirlər.

Şikayətçilərdən birinin sözlərinə görə, Firudin Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb.

Digər bir şikayətçi isə deyir ki, o, imtahan zamanı universitetdə qeydiyyatda olunmadığını öyrənib. Marqarita pizza

"Tələbə biletimi verib, məndən ödəniş tələb etdi. Əlavə olaraq imtahanları Bakıda verməyim öçün də pul ödədim. İkinci kursun birinci semestrində təhsil haqqını ödəsəm də, dərsləri oxuya bilmirdim. Soruşanda da sistemdə problemin olduğunu demişdi. Ümumilikdə 2100 manat pulum batıb", - zərərçəkən bildirib.

Qeyd edək ki, Firudin Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firudin Cavadovla əlaqə saxlanılıb.

O, haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib edib.

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!