Şirkətin 423 min dollarını mənimsəyən qadına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Şirkətin 423 min dollarını mənimsəyən qadına hökm oxundu

Kriminal

11 Aprel 2023 18:06 991


Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayaya hökm oxunub və o, 11 müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə elan edilib.

2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. Toyuqlu pizza

İttiham aktına görə, zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!