Şirvanda 2 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda 2 nəfər həbs olundu

Kriminal

29 Dekabr 2022 12:04 973


Şirvanda 2 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlardan biri Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və digər maddələrlə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikovdur.

Saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Pepperoni pizza

Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Bu zaman onun üzərində istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!