Şirvanda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumən 73 nəfər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, həmin şəxslərdən 60-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 22-i barəsində məhkəmə tərəfindən həbs, 38-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 3, qanunsuz olaraq odlu silah saxlayan və xuliqanlıq hərəkətləri edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub. Dominos pizza
Telegram kanalımız