Şirvanda bir nəfər özünü Kürə atdı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda bir nəfər özünü Kürə atdı

Hadisə

03 Sentyabr 2022 11:44 890


Şirvanda bir nəfər Kürdə batıb.

Yenisabah.az xəbər verir ki, hadisə Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, həmin ərazidə bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Daha sonra əraziyə FHN-in xilasetmə dalğıcları cəlb olunub. Dominos pizza

Hazırda Kür çayında axtarışlar davam edir.

Onun intihar məqsədilə özünü çaya atdığı bildirilir. Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!