Şirvanda DƏHŞƏT: Qonaq ev sahibini bıçaqlayıb öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda DƏHŞƏT: Qonaq ev sahibini bıçaqlayıb öldürdü

Kriminal

05 Sentyabr 2023 09:51 713


Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. 

Şirvan Şəhər Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Pepperoni pizza

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!