Şirvanda saxta dollarlar: 2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda saxta dollarlar: 2 nəfər saxlanıldı

Kriminal

09 Yanvar 2024 16:43 576


Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şübhəli bilinən 2 nəfərdir. Onlardan biri Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayevdir. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinas aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib. pizza

Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!